Böyük summativ qiymətləndirmə keçirilib

Yanvarın 11-i tarixindən 24-dək məktəbdə 2024-2025-ci tədris ilinin I yarımili üzrə böyük summativ qiymətləndirmələr 5-6-cı siniflərdə Microsoft TEAMS proqramı vasitəsilə rəqəmsal formada, 7-11-ci siniflərdə isə mərkəzləşdirilmiş qaydada təşkil olunub.
Summativ qiymətləndirmələr məktəb rəhbərliyinin nəzarəti ilə keçirilib. Zala cəlb edilmiş nəzarətçi-müəllimlər məktəb rəhbərliyi tərəfindən qeyri-ixtisas fənlərindən təyin olunub.
Böyük summativ qiymətləndirmələrin keçirilməsində məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagird nailiyyətlərini müəyyən etmək, onların bilik və bacarıqlarını yoxlamaqdan ibarət olub.
Onu da qeyd edək ki, təhsilalanların məktəbdaxili qiymətləndirilməsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası” ilə tənzimlənib.