Respublika fənn olimpiadalarının 2-ci turuna vəsiqə qazanıblar

Dekabrın 22-23-də ölkənin bütün şəhər və rayonlarında 2024-2025-ci tədris ili üçün məktəblilərin Respublika Fənn Olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçirilib.
Yanvarın 9-da nəticələr elan olunub. Belə ki, məktəbin adları aşağıdakı cədvəldə qeyd olunan şagirdləri Respublika Fənn Olimpiadalarının 1-ci turunda qalib olaraq 2-ci turuna vəsiqə qazanıblar.
Qeyd edək ki, Respublika Fənn Olimpiadaları 8, 9, 10, 11-ci sinif şagirdləri arasında 8 fənn (riyaziyyat, informatika, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrə təşkil olunub.