"Ümid 2025" İncəsənət müsabiqəsində qaliblər sırasında olublar

Yanvarın 12-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Azərbaycan Gənclər İttifaqı" və "Azərbaycan Rəqs Asossasiyası"nın birgə təşkilatçılığı ilə incəsənətin müxtəlif növləri (xalq çalğı alətləri, klassik alətlər, vokal, rəqs, təsviri sənət) üzrə "Ümid 2025" İncəsənət müsabiqəsi keçirilib.
Məktəbin 9 "B" sinif şagirdi Həbibullahlı Mikayıl Ramil oğlu və 7 "E" sinif şagirdi Zeyniyeva Leyla Ramin qızı (incəsənət növü: kətan üzərində yağlı boya ilə rəsm işi, yaş kateqoriyası: yunior 2 və 1) yüksək performans nümayiş etdirərək birinci pillədə qərarlaşıblar.