Rəsm müsabiqəsinin qalibi olub

Dekabrın 27-də Xətai Sənət Mərkəzində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri arasında "Biz birlikdə güclüyük!” adlı rəsm müsabiqəsi keçirilib.
Məktəbin 9 "B" sinif şagirdi Həbibullahlı Mikayıl Ramil oğlu kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmi münsiflər heyəti tərəfindən ən çox səs toplayaraq qaliblər sırasına seçilib.