Cüdo turnirində qalib olublar

Oktyabrın 12-13-də Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Açıq Asiya turniri keçirilib.

Yeniyetmə və gənc idmançılar arasında təşkil olunan yarışda məktəbin 5 "Ə" sinif şagirdi Ələkbərli Atilla Elçin oğlu 38 kiloqram çəki dərəcəsində üçüncü, 8 "Ə" sinif şagirdi Ələkbərli Yaqub Elçin oğlu isə 55 kiloqram çəki dərəcəsində mübarizə apararaq ikinci yerdə qərarlaşıb.

Gərgin, maraqlı və həyəcanlı keçən yarışın sonunda qalib şagirdlər müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi