Polis Akademiyasının əməkdaşları şagirdlərlə görüşüblər

Yanvarın 7-də məktəbin akt zalında Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının əməkdaşları polis leytenantı İranə Vahabova və Səbail rayon Polis İdarəsinin əməkdaşı polis kapitanı Əkbər İbayev IX-XI sinif şagirdləri ilə görüşüblər. Tədbirdə məktəblilər və onların valideynləri, məktəb rəhbərliyi və sinif rəhbərləri iştirak ediblər. Tədbir Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirələrinin yad edilməsi və Dövlət Himninin səslənməsi ilə başlayıb. Sonra çıxış edən DİN-in Polis Akademiyasının nümayəndələri bildiriblər ki, bu tədbirlərin keçirilməsi yeniyetmə və gənclərin təhsilə həvəsləndirilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi məqsədini daşıyır. Akademiyaya qəbul, təhsil proqramı və digər zəruri məlumatlar verildikdən sonra şagird və müəllimləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi