“Polyanna” əsərinin müzakirəsi keçirilib

Dekabrın 23-də məktəbin ibtidai sinif müəllimi Mətanət Süleymanovanın rəhbərlik etdiyi 3 “E” sinfində amerikalı yazıçı Eleanor Emily Hodgman Porterin “Polyanna” əsərinin müzakirəsi keçirilib. Dərsdə məktəb rəhbərliyi, psixoloq və ibtidai sinif müəllimləri iştirak ediblər. Dərsin məqsəd və məzmununa, şagirdlərin dərketmə imkanlarına uyğun olaraq müvafiq metod və vasitələr kompleksi müəyyənləşdirilib. Şagirdlər əsərlə bağlı düşüncələrini, obrazlara şəxsi münasibətlərini müqayisə etməklə və yazıçının münasibətinə əsaslanmaqla ədəbi qəhrəmanları səciyyələndiriblər. Burada məqsəd şagirdlərin nitqini inkişaf etdirmək, fikri ardıcıl, sistemli və məntiqli ifadə etməyi öyrətməkdən ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi