Pedaqoji şuranın iclası keçirilib

Dekabrın 24-də məktəbin akt zalında Pedaqoji şuranın iş planına uyğun olaraq növbəti geniş tərkibdə iclası keçirilib. İclasda məktəb rəhbərliyi və pedaqoji heyət iştirak edib. İclası açıq elan edən məktəbin direktoru Rövşən Qasımov gündəliyə çıxarılan məsələləri elan edib. O, 9-11-ci siniflərdə buraxılış fənlərindən, təmayül olan 10 və 11-ci siniflərdə təmayül fənnlərindən, 2024-2025-ci tədris ili üzrə Respublika fənn olimpiadalarının məktəb turunun nəticələri və qalib şagirdlərin seçilərək şəhər turuna cəlb edilməsi, 2-4-cü siniflərdə keçirilmiş oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsinə dair aparılmış monitorinqlərin nəticələri, həmçinin 1-11-ci siniflərdə şagirdlərin fənlər üzrə portfoliolarının hazırlanması vəziyyəti barədə, dərsə davamiyyət, təhsilalanların geyim formaları, şagird-davranış qaydalarını iclas iştirakçılarının nəzərinə çatdırıb.
Direktor iclasda cari tədris ilinin I yarımili üzrə keçiriləcək böyük summativ qiymətləndirmələr üzrə komissiyanın tərkibini müəyyənləşdirib, öz tapşırıq və tövsiyələrini verib.
Sonra iclasın gündəliyində olan məsələlərə dair metodbirləşmə rəhbərlərinin və sinif rəhbərlərinin məruzələri dinlənilib, fikir mübadiləsi aparılıb.