Dama üzrə məktəb birinciliyinə yekun vurulub

Dekabrın 12-də Səbail rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə məktəbin 4-cü sinif şagirdləri arasında  Ümummilli Lider, görkəmli dövlət xadimi və tarixi şəxsiyyət Heydər Əliyevin vəfatının 21-ci ildönümünə həsr olunmuş dama üzrə məktəb birinciliyinə yekun vurulub. Keçirilən final oyunlarının nəticələrinə əsasən, məktəbin 4 “C” sinif şagirdi Həsənli Nuray Kamil qızı və 4 “E” sinif şagirdi Pənahov Ərəş Məhəmməd oğlu birinci, 4 “B” sinif şagirdi Hüseynova Xədicə İlkin qızı və 4 “C” sinif şagirdi Cümşüdzadə İbrahim Mahir oğlu ikinci, 4 “C” sinif şagirdi Cəfərov Elmir Şəhriyaroviç və 4 “Ə” sinif şagirdi Şəfiyeva Leyla Tuncay qızı üçüncü yerdə qərarlaşıblar. Qalib şagirdlər müvafiq dərəcəli diplom və medallarla təltif olunublar. Yarışın təşkil olunmasında məqsəd məktəblərarası əməkdaşlığın möhkəmləndirilməsi və şagirdlər arasında Ulu Öndər Heydər Əliyevin həyat yolu  və siyasəti haqqında biliklərinin möhkəmləndirilməsi olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi