Referatı “Heydər Əliyev və Azərbaycan tarixi” kitabına daxil edilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən ənənəvi elmi-praktiki konfranslarda təqdim edilən ən yaxşı məqalələrin toplandığı kitab işıq üzü görüb.
Cari ilin əvvəlindən keçirilən konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri barədə öz elmi məqalələri ilə çıxış ediblər. Yekun konfransda rayonlar üzrə təqdim olunan işlərin ən yaxşıları seçilərək kitab şəklində çap olunması qərara alınıb.
Dekabrın 23-də keçirilən təqdimat mərasimində şagirdlərin özlərinin aparıcılığı ilə təşkil edilən mərasimdə icra hakimiyyətinin məsul şəxsləri, qalib məktəblilər, onların elmi rəhbərləri iştirak ediblər. Paytaxtın hər rayonundan 5 referat olmaqla ümumilikdə 60 iş komissiya tərəfindən seçilərək “Heydər Əliyev və Azərbaycan tarixi” kitabına daxil edilib.
Onu da qeyd edək ki, məktəbin 9 “B” sinif şagirdi Rəhimli Mələk Əşrəf qızının elmi məqaləsi seçilərək kitbda nəşr olunub.
Bu münasibətlə ona Bakı Şəhər İcra Hakimiyyətinin sertifikatı təqdim olunub.