Triatlon idman növü üzrə yarışda birinci olub

Dekabrın 22-də Abşeron OİK-də Azərbaycan Republikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Triatlon Federasiyasının birgə təşkilatçılığı ilə triatlon idman növü üzrə "Trikids Triatlon Liqası"nın 4-cü mərhələsi- Aquatlon yarışı keçirilib. Yarışda məktəbin 5 “Ə” sinif şagirdi Levçenko Ameliya Oleqovna 1-ci yerə layiq görüldüyünə görə diplom və medal ilə təltif edilib.