“Naxçıvan abidələri” mövzusunda dəyirmi masa keçirilib

Dekabrın 18-də məktəbdə məktəbin kitabxana müdiri Mətanət Salmanovanın təşəbbüsü, tarix müəllimləri - Rövşanə İsmayılova və Sərqanə Həsənovanın təşkilatşılığı, məktəbin 9 “B” sinif şagirdlərinin iştirakı ilə "Məktəblərdə Naxçıvan ayı” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Naxçıvan abidələri” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbiri məktəbin direktoru Rövşən Qasımov açaraq Naxçıvan torpağının yetirdiyi görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynadığını söyləyib. O, Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında 2023-cü il 30 dekabr tarixli Sərəncamını xatırladıb. Daha sonra tarix müəllimlərinin və şagirdlərin Naxçıvanın zəngin tarixinə, mədəni irsinə və tarixi abidələrinə həsr olunmuş məruzələri dinlənilib.
Dəyirmi masada çıxışlar ətrafında müzakirələr aparılıb, şagirdlərin sualları cavablandırılıb.