Şahmat üzrə respublika birinciliyinin qalibi olub

Dekabrın 12-də Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə respublika birinciliyi başa çatıb.
"Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində təşkil olunan final yarışında altı yaş qrupu üzrə (6, 8, 10, 12, 14, 16 yaşadək) 140 şahmatçı mübarizə aparıb.
Yekun nəticələrə əsasən 14 yaşadək oğlanlar arasında məktəbin 8 “Ə” sinif şagirdi Əlizadə Paşam Hikmət oğlu qalib adını qazanaraq "Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom və medalla təltif olunub.
Yarışın keçirilməsində məqsəd ulu öndər Heydər Əliyev irsinin şagirdlərə çatdırılması, istedadlı şahmatçıların üzə çıxarılması, onların mərkəzin yaş qrupları üzrə yığma komandalarına cəlb edilməsi və şahmatçılar arasında dostluq əlaqələrinin yaradılmasından ibarət olub.