Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib

Dekabrın 12-də məktəbdə Ümummilli Lider, görkəmli dövlət xadimi və tarixi şəxsiyyət Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev – müstəqil Azərbaycanın qurucusu və memarı” adlı tədbir keçirilib.

İlk öncə Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rövşən Qasımov çıxış edərək dahi şəxsiyyətin müasir Azərbaycanın qurucusu olduğunu qeyd edib. Direktor həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş Ümummilli Liderin vəfatından 21 il ötməsinə baxmayaraq, onun əziz xatirəsinin bütün azərbaycanlıların ürəyində daim yaşadığını diqqətə çatdırıb. O bildirib ki, müasir Azərbaycanın inkişafının və azərbaycançılıq kimliyinin qorunub güclənməsində məhz Heydər Əliyevin uzaqgörənliyi və müdrik siyasəti dayanır. Azərbaycan xalqı hər zaman Ümummilli Lider Heydər Əliyevin xatirəsini əziz tutur. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın bu gün həm regional, həm də qlobal miqyasda əhəmiyyətli mövqeyə malik olduğunu vurğulayıb.

Çıxışların ardından Ulu Öndərə həsr edilmiş qısa film nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi