İbtidai siniflərdə oxuyub-anlama bacarıqlarının monitorinqi keçirilib

Dekabrın 11-də məktəbin 2-ci siniflərində, 13-də 4-cü siniflərində şagirdlərin oxuyub-anlama bacarığının monitorinqi keçirilib. Monitorinqdə məktəb rəhbərliyi, fənn metodbirləşmə sədrləri və ibtidai sinif müəllimləri iştirak ediblər.

Monitorinqin əsas məqsədi dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsini, şagirdlərdə oxuyub-anlama və oxu texnikasının düzgün təhlil olunmasını, onlarda bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsini və tədrisin keyfiyyətinin daha da artırılmasını müəyyən etməkdən ibarət olub.

Onu da qeyd edək ki, dekabrın 16-da sözügedən monitorinqin 3-cü siniflərində də aparılması nəzərdə tutulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi