Fənn müsabiqələrinin qalibi olub

Noyabrın 29-da Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı, Bakı Ali Neft Məktəbinin ev sahibliyi ilə məktəblilərarası IX fənn müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib.

Müsabiqələrin nəticəsinə əsasən məktəbin 8 “Ə” sinif şagirdi Əlizadə Paşam Hikmət oğlu qızıl medal qazanıb. Mükafatlandırma mərasimində ona diplom və hədiyyə təqdim edilib.

Qeyd edək ki, məktəblilərarası fənn müsabiqələri 6 və 7-ci sinif şagirdləri arasında riyaziyyat, informatika, təbiət, kimya, fizika, biologiya fənləri üzrə 3 mərhələdə təşkil olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi