Metodbirləşmənin hesabatı dinlənilib

Noyabrın 19-da məktəbin direktoru Rövşən Qasımov metodbirləşmə rəhbərləri ilə iclas keçirib. İclasın keçirilməsində məqsəd təmayül olan 10 və 11ci siniflərdə təmayül fənnləri üzrə 26-29 noyabr tarixlərdə keçirilməsi nəzərdə tutulan monitorinqlərin təşkili, monitorinq materiallarının hazırlanması və yoxlanılmasından ibarət olub. Texniki-təbiət təmayül siniflərində Azərbaycan və rus bölməsi üzrə riyaziyyat, kimya, biologiya, fizika və ana dili fənlərindən, humanitar riyaziyyat-iqtisadiyyat təmayül siniflərində isə riyaziyyat, ana dili, coğrafiya və tarix fənnlərindən tapşırqların hazırlanması və təşkili müəyyənləşdirilib.

2-7 dekabr tarixlərdə 10 və11-ci siniflərdə ingilis dili və informatika, 9-cu siniflərdə buraxılış fənlərindən monitorinqin təşkili və hazırlanması müəyyənləşdirilib, 2-4-cü siniflərdə isə keçiriləcək oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsinə dair müzakirələr aparılmış, həmçinin 1-11-ci siniflərdə şagirdlərin fənlər üzrə portfoliolarının hazırlanmasına baxış keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi