Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirici söhbətlər aparılıb

Noyabrın 30-da məktəbin biologiya müəllimi Təranə Yusifova şagirdlərlə sağlam həyat tərzinin təbliği, ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı, erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadları üzrə aktual mövzulara dair şagirdlərin məlumatlılıq səviyyəsini artırmaq məqsədilə maarifləndirici söhbətlər aparıb. Belə ki, görüşdə təhsilalanların təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması, şagirdlərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində işlərin gücləndirilməsi, erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması, narkotik vasitələrin, narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə ətraflı məlumat verilib.