"e-Jurnal” layihəsi barədə iclas keçirilib

Noyabrın 19-da məktəbin direktoru Rövşən Qasımov akt zalda sinif rəhbərləri ilə iclas keçirib.
İclasda direktor məktəbdə tətbiq olunan "e-Jurnal” layihəsi barədə yenilikləri sinif rəhbərlərinin diqqətinə çatdırıb.
Elektron jurnal platformasında əsas bölmələrin işlənməsi, dərs cədvəlinin tərtib edilməsi, elektron profilin tənzimlənməsi və şagird bölməsi ilə iş mövzularını əhatə edən vacib məqamlara toxunub. Bildirilib ki, tətbiq olunan sistem vasitəsi ilə valideyn-məktəb və valideyn-müəllim əlaqələrinin əlçatanlığı artırılıb.
Onu da qeyd edək ki, Elektron jurnalın məqsədi məktəb-valideyn arasında kommunikasiyanın təmin edilməsi, sənədləşmə prosesinin rəqəmsallaşdırılması, eyni zamanda pedaqoji və inzibati-idarəetmə heyəti tərəfindən elektron qiymətləndirmənin səmərəli təşkilindən ibarətdir.