Şagirdlər payız tətilini səmərəli keçirir

Məktəbin ibtidai sinif müəllimi Mətanət Süleymanova rəhbərlik etdiyi 3 “E” sinif şagirdlərinin payız tətilini səmərəli şəkildə keçirmələri üçün onların maraq, meyil və bacarıqlarının, intellektual səviyyə və yaradıcılıq qabiliyyətinin inkişafı üçün “Tətil planı” hazırlayıb. Belə ki, şagirdlər “Tətil planı”nın tələbinə uyğun olaraq müxtəlif təyin olunmuş günlərdə peçenya hazırlayıb, film izləyib, hekayə yazıb, rəsm çəkib və “Kəs-yapışdır” oyunu oynayıblar.
Qeyd edək ki, tətil günlərinin maraqlı təşkil olunmasında əsas məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaqdan ibarətdir.