Zəfər Gününə həsr olunmuş şahmat turniri keçirilib

Noyabrın 6-da məktəbdə Zəfər Gününə həsr olunmuş şahmat turniri keçirilib. Turnir Qələbəmizə, şəhidlərimizin əziz xatirəsinə və qazilərimizə həsr edilib. Məktəbin fiziki tərbiyə və şahmat müəllimi Şakir Quliyev turniri giriş sözü ilə açaraq, Zəfər Günü haqqında şagirdlərə ətraflı məlumat verib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun şücaətindən danışıb. Sonra turnir açıq elan olunub. Şahmat turnirinə 7 yaşdan 12 yaşadək uşaqlar qatılıblar.