“Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilib

Noyabrın 7-də məktəbin akt zalında ibtidai sinif müəllimi Mətanət Süleymanovanın təşkilatçılığı və rəhbərlik etdiyi 3 “E” sinif şagirdlərinin iştirakı ilə “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə məktəb rəhbərliyi, müəllim, şagird kollektivi və valideynlər iştirak ediblər.

Qonaqlar çıxışlarında tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edərək Vətən müharibəsində qazanılan Şanlı Qələbəmizdən söhbət açıblar.

Tədbir şagirdlərin ifasında şanlı Zəfərimizdən bəhs edən ədəbi-bədii kompozisiyalarla davam edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi