"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya ediblər

Noyabrın 3-də məktəbin ibtidai sinif müəllimi Gülnarə Zeynalova rəhbərlik etdiyi 4 “Ə” sinif şagirdləri ilə birgə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya ediblər.
Ziyarət zamanı şagirdlər Qala Qoruğu ilə yaxından tanış olub, onlara qoruğun tarixi və etnoqrafiyası haqqında, Azərbaycanın ənənəvi sənət növləri olan dulusçuluq, dəmirçilik, xalçaçılıq və ipəkçilik barədə də geniş məlumatlar verilib.