Dərnəkdə maraqlı təcrübələr aparıblar

Noyabrın 4-də məktəbin kimya müəllimi Mehparə Səlimova rəhbərlik etdiyi “Kimyagərlər” adlı dərnəyin üzvləri olan məktəbin 8 “B” sinif şagirdləri ilə birgə kimya fənni proqramına uyğun şəkildə təşkil olunan təcrübələr aparıblar. Belə ki, şagirdlər müəllimin nəzarəti və istiqaməti ilə məşğələdə “Fironun ilanları” və “Görünməyən sözlər, görünən cümlələr” adlı təcrübələr aparıblar.

Onu da qeyd edək ki, məktəbdə təşkil olunmuş dərnəklər təhsilalanların maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki imkanlarının artırılması, istedadlı məktəblilərin aşkar edilməsi, təhsilalanların vətənpərvərlik hissinin gücləndirilməsi, şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədilə yaradılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi