Zəfər Günü uşaqların sənət təxəyyülündə

Oktyabrın 31-də məktəbin ibtidai korpusunda ibtidai sinif şagirdlərinin 8 Noyabr - Zəfər Gününə həsr olunan rəsm və əl işlərindən ibarət sərgisi təşkil edilib.

Sərgidə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri və işğaldan azad edilmiş digər rayonlar, Qarabağın simvolu Xarıbülbül, tarixi, dini və mədəni abidələr, Vətən müharibəsi və Zəfər Günü ilə bağlı rəsmlər və əl işləri nümayiş olunub. Sərgilənən rəsm və əl işlərinə münsiflər heyəti tərəfindən baxış keçirilib. Fərqlənən şagirdlərə müxtəlif dərəcəli diplom və təşəkkürnamələr təqdim edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi