Kopernik Olimpiadasının final mərhələsində iştirak etmək hüququ qazanıb

5-10 yanvar 2025-ci il tarixlərində ABŞ-ın Texas ştatının Hyuston şəhərində yerləşən Rays Universitetində (Rice University) Kopernik Beynəlxalq Riyaziyyat Olimpiadasının final mərhələsi keçiriləcək. Məktəbin 5 “Ə” sinif şagirdi Levçenko Ameliya Oleqovna dünyanın 50-dən çox ölkəsində keçirilən Kopernik Olimpiadasının final mərhələsində iştirak etmək hüququ qazanıb.