“Zəfər bizimdir!” adlı intellektual yarış keçirilib

Oktyabrın 28-də məktəbdə məktəbin tarix müəllimi Xəzər Umarovun təşəbbüsü, digər tarix müəllimləri – Rövşanə İsmayılova, Sərqanə Həsənova, Leyla Ağayeva və Natavan Tahirovanın təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunan “Zəfər bizimdir!” adlı bilik yarışı keçirilib.

Yarış Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Bilik yarışında məktəbin 9-cu sinif şagirdləri komanda şəklində iştirak ediblər. Yarış tarix fənni üzrə keçirilib.

İntellektual oyunda tərkibində 5 nəfər olmaqla 6 komanda - “Dəmir yumruq”, “Qarabağ”, “Qələbə”, “Xarı bülbül”, “Zəfər” və “Bayraktar” adlı komandalar iştirak ediblər.

Suallar Xəzər Umarov tərəfindən hazırlanaraq yazılı şəkildə komandalara təqdim olunub və komanda üzvlərindən biri sualı yazılı şəkildə cavablandırıb.

Yarışda ən yüksək nəticəni “Zəfər” komandası göstərərək birinci yerin sahibi olub.  

Münsiflər heyəti çıxış edərək, yarış iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib və komanda üzvlərinə hədiyyələr təqdim ediblər.

Yarışın keçirilməsində məqsəd Vətən müharibəsində canlarından keçərək Zəfər Gününün sevincini bizlərə bəxş edən şəhidlərimizin xatirəsini əbədiləşdirmək, şagirdlərin intellektual səviyyəsini, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaqdan ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi