Pedaqoji şuranın növbəti iclası keçirilib

Oktyabrın 26-da məktəbin akt zalında Pedaqoji şuranın iş planına uyğun olaraq növbəti geniş tərkibdə iclası keçirilib. İclasda məktəb rəhbərliyi və pedaqoji heyət iştirak edib. İclası açıq elan edən məktəbin direktoru Rövşən Qasımov gündəliyə çıxarılan məsələləri elan edib. O, təhsilin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlər, məktəbdaxili qiymətləndirmə, dərsə davamiyyət, təhsilalanların geyim formaları, şagird-davranış qaydaları və valideyn-məktəb münasibətinin tənzimlənməsi ilə bağlı qaydaları bir daha iclas iştirakçılarının nəzərinə çatdırıb. Eyni zamanda oktyabrın 16-da məktəbdə 5-ci sinif şagirdlərinin Ana dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilən monitorinqin nəticələri və dərsdinləmələrlə bağlı müzakirələr və təhlillər aparılıb.

Direktor pedaqoji şuranın üzvlərinə daha əzmlə, daha məsuliyyətlə fəaliyyət göstərmələri üçün öz tapşırıq və tövsiyələrini verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi