"Kiçik Akademiya” üzvlərinə vəsiqələr təqdim olunub

Oktyabrın 24-də məktəbin direktoru Rövşən Qasımov yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən məktəbin V-XI siniflərindən olan istedadlı şagirdlərin könüllü olaraq üzvlüyü əsasında təşkil olunmuş "Kiçik Akademiya”nın üzvləri ilə görüşüb və onlara üzvlük vəsiqəsi təqdim edib.
Onu da qeyd edək ki, "Kiçik Akademiya”ya üzv olan şagirdlərin elmi konfranslara, olimpiadalara və digər tədbirlərə qatılmaq, şagirdlər arasında elmi bilikləri təbliğ etmək kimi vəzifələri var.