“Zəfər uşaqların gözü ilə” adlı müsabiqə-sərgi keçirilib

Oktyabrın 24-də məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Yaqut İslamova, uşaq birliyi rəhbəri Tünzalə Cəfərova və məktəbin texnologiya və təsviri incəsənət müəllimlərinin birgə təşkilatçılığı ilə məktəbin foyesində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfər uşaqların gözü ilə” adlı müsabiqə-sərgi keçirilib. Sərgidə məktəbin müxtəlif siniflərindən olan şagirdlərin rəsm və əl işləri  nümayiş olunub.

Sərginin açılış mərasimində məktəb rəhbərliyi, müəllim, şagird kollektivi və valideynlər iştirak ediblər.

Sərgidə nümayiş olunan bir-birindən fərqli rəsm əsərlərində və əl işlərində gələcəyin bacarıqlı rəssamlarının Zəfər sevinci öz təzahürünü tapıb. Belə ki, müsabiqə-sərgidə igid Azərbaycan oğullarının müharibə dövründə göstərdiyi böyük qəhrəmanlıqlar təsvir olunub.

Münsiflər heyəti tərəfindən müsabiqə-sərgiyə təqdim olunan işlərə baxış keçirilib, qaliblər seçilib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi