"Tarixi qələbə - Zəfər Günü" adlı dəyirmi masa keçirilib

Oktyabrın 22-də məktəbdə məktəbin tarix müəllimi Rövşanə İsmayılova və riyaziyyat-informatika müəllimi Aynurə İsmayıl-zadənin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Tarixi qələbə - Zəfər Günü" adlı dəyirmi masa keçirilib.

Tədbirdə məktəb rəhbərliyi, Vətən müharibəsi iştirakçıları və qaziləri, müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rövşən Qasımov birliyimizin və milli iradəmizin rəmzi kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi həkk olunmuş 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində doğma torpaqlarımızın işğaldan azad olunmasından və tarixi ədalətin bərpa edilməsindən bəhs edib. 44 günlük Vətən müharibəsində Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsinin yazıldığını qeyd edən direktor tarixi Zəfərin qazanılmasında qəhrəman şəhidlərimizə və qazilərimizə borclu olduğumuzu bildirib.

Vətən müharibəsi iştirakçıları və qazilər keçdikləri döyüş yolundan danışıb, öz təəssüratlarını bölüşüblər. Daha sonra, Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib və şagirdlərin məruzələri dinlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi