Şagirdlər arasında ekoloji maarifləndirmə işləri aparılıb

Oktyabrın 19-da məktəbin uşaq birliyi rəhbəri Tünzalə Cəfərovanın, rus dili və ədəbiyyatı müəllimi Leyla İmanovanın təşəbbüsü və təşkilatçılığı, 6 "H" sinif şagirdlərinin iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəbin dəhlizlərində iməcilik keçirilib, şagirdlər arasında ekoloji maarifləndirmə işləri aparılıb.

Tədbirdə məktəb rəhbərliyi və müəllimlər də fəal iştirak ediblər.

İməcilik çərçivəsində məktəbin dəhlizlərində yerləşdirilmiş dibçək güllərinə qulluq edilib, yenidən müxtəlif növ dibçək bitkiləri əkilib, aqrotexniki qaydada qulluq göstərilib və səliqə-sahman yaradılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi