“Müstəqillik zirvəsi - müasir qüdrətli Azərbaycan” adlı dəyirmi masa keçirilib

Oktyabrın 18-də məktəbin kitabxanasında kitabxana müdiri Mətanət Salmanovanın təşkilatçılığı, məktəbin tarix müəllimi Xəzər Umarovun təşəbbüsü ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün 33-cü ildönümünə həsr olunmuş  “Müstəqillik zirvəsi - müasir qüdrətli Azərbaycan” adlı dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rövşən Qasımov çıxış edərək Azərbaycanın müstəqillik mübarizəsinin tarixinə nəzər salıb. Dövlət müstəqilliyimizin bərpasında və möhkəmlənməsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xidmətlərini xüsusi qeyd edib. Bildirilib ki, müstəqilliyimizin ilk dövrlərində qarşılaşdığımız bütün çətinliklərə baxmayaraq, Ulu Öndər xalqımızı bəlalardan qurtarıb, azadlığımızı, müstəqilliyimizi əbədi edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünya dövlətləri sırasında mövqeyinin daha da möhkəmləndiyini bildirib.

Daha sonra çıxış edən tarix müəllimi Xəzər Umarov dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyətindən və müstəqilliyin qorunub möhkəmləndirilməsindən söz açıb.

Tədbirlərdə iştirak edən şagirdlər söylədikləri şeirlərlə Vətənə olan sevgilərini nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi