5-ci sinif şagirdlərinin məktəbdaxili monitorinq qiymətləndirilməsi keçirilib

Oktyabrın 16-da məktəbin illik “Fəaliyyət planı”na əsasən, məktəbdə 5-ci sinif şagirdlərinin Ana dili, riyaziyyat və xarici dil fənləri üzrə monitorinqi keçirilib.
Monitorinq materialları Azərbaycan və rus bölmələrində iki variatda olmaqla 5-ci sinif şagirdlərinə təqdim olunub.
İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim edilib. İmtahan bütün otaqlarda dinləmə mətninin səsləndirilməsi ilə başlayıb.
Monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsindən ibarət olub.