Rəsm sərgisində diplomla təltif olunublar

Oktyabrın 15-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Badamdar qəsəbə Mədəniyyət evinin təşəbbüsü və təşkilatşılığı ilə Humay Rüstəmovanın rəhbərlik etdiyi “Huma” art-studiyasının tələbələrinin iştirakı ilə rəsm sərgisi təşkil olunub. Şagirdlər müxtəlif mövzularda həm yağlı boya, həm də qrafika ilə çəkdikləri rəsmləri nümayiş etdiriblər.

Məktəbin 9 “B” sinif şagirdi Həbibullahlı Mikayıl Ramil oğlu, 5 ”D” sinif şagirdləri Tahirova Nərmin Anar qızı, Əliyeva Sevgi Fəqan qızı, Muxtarzadə Şəms Rasim qızı və Sətizadə Zəhra Tahir qızı rəsm sərgisində fəal iştirak etdiklərinə görə münsiflər heyəti tərəfindən qalib seçilərək diplomla təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi