Valideynlərlə görüş keçirilib

Oktyabrın 12-də məktəbin akt zalında məktəbin direktoru Rövşən Qasımov ibtidai sinif şagirdlərinin valideynləri ilə görüş keçirib.
Görüşdə məktəbin təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbəri, fənn müəllimləri və valideynlər iştirak ediblər.
Rövşən Qasımov məktəb-ailə, müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki rolundan, valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini daha da genişləndirmək üçün həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib.
Valideynlərin tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, eləcə də məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənilib və səmərəli fikir mübadiləsi aparılıb.