Kitabxanaya daxil olan yeni kitablar oxuculara təqdim edilib

Oktyabrın 11-də məktəbin kitabxana müdiri Mətanət Salmanova kitabxana işinin fəaliyyət planına uyğun olaraq məktəbin müxtəlif siniflərində şagirdlərlə görüşlər təşkil edib və kitabxana fonduna daxil olan yeni kitablar haqqında məlumat verib.
Kitabxana tərəfindən təşkil edilən belə görüşlərdə əsas məqsəd oxucularla canlı ünsiyyətin qurulması, onlara asudə vaxtlarını kitablarla keçirmək vərdişinin aşılanması və mütaliə zövqünün formalaşdırılması, eyni zamanda yeni oxucuların kitabxanalara cəlb edilməsindən ibarət olub.