Dama üzrə rayon birinciliyində qalib olublar

Sentyabrın 28-də Səbail rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Səbail rayon məktəbliləri arasında  27 sentyabr - Anım Gününə həsr olunmuş yeniyetmə oğlan və qızlar arasında dama üzrə rayon birinciliyinə yekun vurulub.

Keçirilən final oyunlarının nəticələrinə əsasən, oğlanlar arasında məktəbin 4 “E” sinif şagirdi İsmayılov Emin Elçin oğlu üçüncü yer, qızlar arasında məktəbin 4 “C” sinif şagirdi Həsənli Nuray Kamil qızı üçüncü yer, 4 “B” sinif şagirdi Hüseynova Xədicə İlkin qızı ikinci yer, 4 “E” sinif şagirdi Abbaszadə Səda Elman qızı isə birinci yerdə qərarlaşıb.

Qalib şagirdlər müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi