Palçıq Vulkanları Turizm Kompleksində olublar

Oktyabrın 6-da məktəbin ibtidai sinif müəllimi Lyudmila Əliyeva rəhbərlik etdiyi 2 "Ə" sinif şagirdləri ilə birgə Abşeron rayonunun Qobustan kəndinin ərazisində yerləşən Palçıq Vulkanları Turizm Kompleksinə ekskursiya ediblər.

Ekskursiya zamanı bələdçilər şagirdlərə ölkəmizdəki palçıq vulkanları barədə ətraflı məlumat veriblər. Ekskursiya iştirakçıları kompleks ərazisində yerləşən Təbiət tarixi sərgi zalında Azərbaycan və dünya faunasına aid heyvan skeletləri və tarixi eksponatlarla tanış olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi