Reproduktiv sağlamlıqla bağlı maarifləndirmə və təbliğat işləri aparılıb

Oktyabrın 8-də məktəbin psixoloqu Vəcahət Əliyeva və məktəbin tibb bacısı Məlahət Atalıyeva məktəbin sinif otaqlarında müxtəlif yaş qrupuna aid şagirdlərlə “Sağlam həyat tərzi, zərərli vərdişlərdən qorunmağın yolları” mövzusunda maarifləndirici görüşlərin keçirilməsini təşkil ediblər.
Görüşlərin məqsədi şagirdlərin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarət olub. Söhbət zamanı reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verilib, onlara sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq tövsiyə olunub.