3-cü beynəlxalq “Ocaq kuboku”nda qalib olub

Oktyabrın 03-06-da Milli Gimnastika Arenasında “Ocaq Sport” klubunun təşkilatçılığı ilə “3rd İnternational “Ojaq Cup" bədii gimnastika üzrə açıq birinciliyi keçirilib. Yarışda 10 ölkəni təmsil edən 37 klubdan 400 fərdi gimnast və 16 qrup komandası medallar uğrunda mübarizə aparıb.
Dörd gün davam edən yarışda gimnastlar fərdi və qrup hərəkətləri proqramında çoxnövçülük üzrə çıxış ediblər.
Məktəbin 6 “F” sinif şagirdi Əhmədzadə Fərəh Ağakərim qızı 2012-ci il təvəllüdlü gimnastlar arasında birinci yer tutduğuna görə medal və diplomla təltif edilib.