Prezident təqaüdünə layiq görülüb

Oktyabrın 5-də Prezident İlham Əliyev 2024-2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2024-2025-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilir.

236 nömrəli tam orta məktəbin 2023-2024-cü tədris ilinin məzunu, ümumi orta və tam orta təhsil haqqında fərqlənmə attestatlarına layiq görülən Məmmədova Lalə Ramiz qızı 102 tələbədən biridir.

Qeyd edək ki, Məmmədova Lalə Ramiz qızı 2023-2024-cü dərs ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında uğurla iştirak edərək 670 bal toplayıb Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə" fakültəsinə daxil olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi