5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Oktyabrın 5-də məktəbin akt zalında məktəbin direktoru Rövşən Qasımov 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə məktəbin pedaqoji heyəti ilə görüş keçirib. Rövşən Qasımov müəllimlərin gənc nəslin formalaşmasında göstərdiyi xidmətlərin dəyərinin əvəzsiz olduğunu söyləyib. Bildirilib ki, “Mən dünyada müəllimdən yüksək ad tanımıram” - deyən ulu öndər Heydər Əliyev bu dəyərli peşə sahiblərini çox yüksək qiymətləndirib və Ümummilli Lider kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən hər zaman təhsilə, müəllimlərə diqqət və qayğı olub.
Tədbirdə çıxış edənlər təhsil işçilərini əlamətdar bayram münasibətilə təbrik edib, onlara pedaqoji fəaliyyətlərində uğurlar arzulayıblar.
Səmərəli fəaliyyəti ilə fərqlənən bir qrup müəllim məktəbin Fəxri fərmanı ilə təltif olunublar.