X Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər

Oktyabrın 5-də məktəbin informatika müəllimi Aygün Abdullayeva rəhbərlik etdiyi 8 "C" sinif şagirdləri ilə birgə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər.
Şagirdlər sərgidə nümayiş olunan stendlərlə tanış olublar.
Onu da qeyd edək ki, builki yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilib.