İcra Hakimiyyətinin Fəxri fərmanı ilə təltif edilib

Oktyabrın 5-də Səbail Rayon İcra Hakimiyyətində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Səbail rayon təhsil müəssisələrinin rəhbər işçiləri və müəllimləri ilə görüş təşkil olunub.
Görüşdə məktəbin riyaziyyat və informatika müəllimi Aynurə İsmayıl-zadəyə peşə fəaliyyətində fərqləndiyinə görə Səbail Rayon İcra Hakimiyyətinin başçısının müavini Kəmalə Həşimova tərəfindən Səbail Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı təqdim olunub.