“Yaşıl dünyamızı qoruyaq” adlı tədbir keçirilib

Oktyabrın 4-də məktəbin ibtidai sinif müəllimi Nəzakət Mansurova rəhbərlik etdiyi 3 "B" sinif şagirdlər ilə birgə məktəbin həyətyanı sahəsində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünyamızı qoruyaq” adlı tədbir keçiriblər.

Tədbir çərçivəsində məktəbin müxtəlif ərazilərində təmizlik işləri aparılıb, ağacların dibləri bellənib, suvarılıb, yaşıllığa qulluq göstərilib, yeni gül kolları əkilib, səliqə-sahman yaradılıb.

Tədbirin məqsədi şagirdlər arasında ekoloji maarifləndirmə işlərinin təbliğat-təşviqatı olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi