"Grace of Nature" yarışında uğurla çıxış edib

Sentyabrın 24-də Quba şəhərində bədii gimnastika üzrə "Grace of Nature" yarışının açılış mərasimi keçirilib. Turnirdə ölkənin müxtəlif klublarından idmançılar iştirak ediblər.

Fərdi yarışda çoxnövçülük və fərdi alətlər, qrup hərəkətlərində isə iştirakçılar yalnız fərdi alətlər üzrə proqramla mübarizə aparıblar.

Məktəbin 6 “F” sinif şagirdi Əhmədzadə Fərəh Ağakərim qızı 2012-2013-cü il təvəllüdlü yeniyetmələr arasında uğurla çıxış edərək birinci yerə layiq görülüb. Ona Gimnastika Məktəbinin medalları təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi