Valideynlərlə görüş keçirilib

Sentyabrın 28-də məktəbin akt zalında 10 və 11-ci sinfin şagirdlərinin valideynləri ilə görüş keçirilib.
İclasda məktəb rəhbərliyi, sinif rəhbərləri, fənn müəllimləri və valideynlər iştirak ediblər. İclası giriş sözü ilə açan məktəbin direktoru Rövşən Qasımov məktəbdaxili sağlam psixoloji mühitin formalaşdırılması, dərsə davamiyyət, şagird nailiyyətlərinin artırılması, müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki rolu, şagird davranış qaydalarının tətbiqinə nəzarət, təhsilalanların inkişafı istiqamətində görülən işlər, valideynlərin məktəblə əlaqəsini daha da möhkəmləndirməyin önəmi kimi vacib məqamlara toxunub.
Görüş zamanı valideynlərin rəy və təklifləri dinlənilib və səmərəli fikir mübadiləsi aparılıb.