27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib

Sentyabrın 27-də məktəbin akt zalında məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Azadə Əfəndiyeva və musiqi müəllimi İlahə Quliyevanın birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü münasibətilə “Bu vətən, bu torpaq unutmaz Sizi!” adlı tədbir keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktoru Rövşən Qasımov Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-nin Azərbaycanda Anım Günü kimi qeyd edilməsinin əhəmiyyətindən danışıb.

Tədbir şagirdlərin hazırladığı ədəbi -bədii kompazisiya ilə davam edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi