Fərqlənmə attestatına layiq görüldülər

İyulun 15-də məktəbin direktoru Xanlar İmaməliyevin təqdimatında məktəbin on iki nəfər 9-cu sinif şagirdinə ümumi orta təhsil haqqında və iyirmi iki nəfər 11-ci sinif məzununa tam orta təhsil haqqında fərqlənmə attestatları verilib.

Ümumi orta və tam orta təhsil səviyyəsində oxuduqları müddətdə nümunəvi davranışları ilə fərqlənən, bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri beş olan, ümumi orta və tam orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə 75 (yetmiş beş) baldan yuxarı bal toplayaraq beş qiyməti alan on iki nəfər 9-cu sinif şagirdinə ümumi orta təhsil haqqında və iyirmi iki nəfər 11-ci sinif məzununa tam orta təhsil haqqında fərqlənmə attestatları təqdim olunub.

Görüşdə fərqlənmə attestatları alan şagirdlər və məzunlar çıxış edərək nailiyyətlərinə görə müəllimlərinə və valideynlərinə minnətdarlıqlarını bildirib, daha böyük uğurlar üçün çalışacaqlarına söz veriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi